Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Atletlər kəndi"ndəki qəza ilə bağlı məhkəmə başlayıb

"Atletlər kəndi"ndəki qəza ilə bağlı məhkəmə başlayıb

Date: 8 January 2016 17:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda keçən il  keçirilən I Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş vermiş avtobus qəzası ilə bağlı təqsirləndirilən Fərid Əmiraslanov, Hüseyn Salamov və keçmiş polis əməkdaşı Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  

 

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclası yanvarın 15-ə  fasilə elan edib.

 

 

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. 

 

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və Elçin Həsənov adlı şəxs tutulub.

 

Onu da bildirək ki, Fərid Əmiraslanov zamində, Hüseyn Salamov və keçmiş polis əməkdaşı Elçin Həsənov isə həbsdədir. 

 

Tags:  Atletlər kəndindəki qəza bağlı məhkəmə başlayıb

RƏYLƏR


Top news