Mahir Şükürov futbola qayıdır - yenidən Türkiyədə...

Mahir Şükürov futbola qayıdır -   yenidən Türkiyədə...
17:32 8 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının sağ cinah müdafiəçisi Mahir Şükürov təxminən 1 illik fasilədən sonra futbola qayıdır. Bu barədə məlumat qaynar.info-ya onun yaxın çevrəsindən verilib.

Azərbaycanda demək olar ki, "Qarabağ" istisna olmaqla bütün iddialı komandalarda oynamış 33 yaşlı futbolçu yenidən bəxtini Türkiyədə sınayacaq. O, I dəstə komandalarından birinə keçəcək. Bu komandanın adını dəqiqləşdirə bilməsək də, ehtimal etmək olar ki, bu onun sabiq klubu "Karşıyaka" olacaq.

Çünki Mahirin oyununu çox bəyənən Yusuf Şimşək yenidən "Karşıyaka"ya qayıdıb. Və o gələn kimi rəhbərlikdən "Antalyaspor"dakı sabiq futbolçuları - Əlcəzair millisinin qapıçısı Rais Mboli və "Xəzər Lənkəran"dan bizə tanış olan kamerunlu hücumçu Mbilla Etameni "Karşıyaka"ya gətirmək istədiyini rəhbərliyə bildirib. Belədə Şimşəyin Mahiri də öz yanına qaytaracağı istisna deyil. Yeri gəlmişkən, bu məsələ ilə bağlı Şükürovun fikrini öyrənmək istəsək də, o, telefonlarımıza cavab vermədi.

Qeyd edək ki, Mahir Şükürov ötən ilin martında millimizin Malta ilə Bakıdakı oyunundan sonra İzmirə gec döndüyü üçün o vaxtkı "Karşıyaka"nın baş məşqçisi Ayhan Akman tərəfindən əvəzedici komandaya göndərilmişdi. Lakin Mahir orda oynamaqdan imtina etmiş, nəticədə klub onu 17500 dollar cərimələmişdi. Buna etiraz əlaməti olaraq Mahir aprelin 14--də klubla müqaviləsini erkən pozmuşdu.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mahir-ukurov-futbola-qaydr-t46651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR