Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı pilotun cəsədi 70 ildən sonra tapıldı - FOTO

Azərbaycanlı pilotun cəsədi 70 ildən sonra tapıldı - FOTO

Date: 8 January 2016 17:38

Rusiyanın Smolensk vilayətində Böyük Vətən Müharibəsi zamanı vurulan döyüş təyyarəsinin qalıqları aşkarlanıb.

Milli.az modern.az-a istinadən bildirir ki, həmin müharibədə həlak olan insanların qalıqlarının tapılması ilə məşğul olan "Smerç" təşkilatının üzvləri "L-5" təyyarəsinin pilotu Əziz Əbdül oğlu İsrafilova aid sənədlər aşkar ediblər.

Həmin sənədlərdən aydın olur ki, Əziz İsrafilov azərbaycanlı pilot olub və 1921-ci ildə Bakıda anadan olub. Onun yaşayış ünvanını isə Bakıdakı Krupskaya küçəsi 21 (23) olduğu məlumdur.    

"Smerç" təşkilatının üzvləri ehtimal edir ki, təyyarə 3 min metr yüksəklikdən yerə düşdüyü üçün onun göyərtəsində güclü yanğın olub və buna görə kabinədəki pilot Əziz İsrafilov yanaraq kül olub.  

Hazırda onun qohumlarının axtarışı aparılır.    



Tags:  Eziz İsrafilov azerbaycanli pilot

RƏYLƏR


Top news