Parka icazəsiz girən iki nəfər "qara siyahı"ya salındı

Parka icazəsiz girən iki nəfər "qara siyahı"ya salındı
17:37 8 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Şahdağ Milli Parkının ərazisi 130 min hektardır.

RTV (Region TV) xəbər verir ki, 2015-ci ildə Şahdağ Milli parkının ərazisində daxili davranış qaydalarını kobud şəkildə pozan 2 nəfər "qara siyahı"ya salınıb. Həmin şəxslər Qusar rayon sakinləri QalibKamran Şıxrəhimovlardır. Adıçəkilən qayda pozucularının 3 ildən 5 ilədək parkın ərazisinə girişi məhdudlaşdırılıb və onlar 400-600 manat arası cərimə ediliblər.

Şahdağ Milli Parkında ərazi üçün xarakterik olan fauna və flora növlərini, çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri qorunub saxlanılır. Buralara səyahət etmək istəyən yerli turistlər bir gün üçün 2 xarici turistlər isə 4 manat ödəyərək 24 saat ərzində onlara ayrılan bələdçilərlə parkın ərazisini gəzə bilərlər. Həmçinin bu il yeni marşurutlar Şahdağ Milli Parkı Qusar, Quba, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarınıın müvafiq ərazilərini əhatə edir. 

2015-ci ildə parkı 54 nəfər xarici, 608 nəfər isə yerli turist səfər edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR