Mətanət "Qızıl Məryəm"in evini niyə özününkü kimi təqdim edib? - Videolar - Foto

Mətanət "Qızıl Məryəm"in evini niyə özününkü kimi təqdim edib? - Videolar - Foto
17:49 8 Yanvar 2016
3186 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə il əvvəl evindən cadu tapıldığını iddia edərək qalmaqal yaradan Mətanət Əsədovanın dedikləri, sən demə, həqiqətdən çox uzaqmış. ATV kanalında açıqlama verən və hətta kanalın müxbirini evinə çağıran müğənninin dedikləri yalan çıxıb. 

Milli.az-a daxil olan məlumata görə, çəkiliş aparılan ev bir neçə gün amansızcasına 43 bıçaq zərbəsi ilə qətlə yetirilən "Qızıl Məryəm"in evi imiş. 

Məryəm Naməd-zadənin evini öz evi kimi təqdim edən Mətanət Əsədova həmin mənzildə cadu olduğunu söyləmişdi. 

Açıqlama verən müğənni çəkliş zamanı belə bir ifadə də işlədir: "Sizdən düzgün olmağınızı istəyirəm. Göydə Allah var, yalan danışmayın, nə olar! Omayan şeyi danışmayın". 

Mətanət Əsədova Məryəm Naməd-zadənin yataq və qonaq otaqlarında çəkilişlər aparılanda ona cadu etmiş adamın kim olduğunu müəyyənləşdirəcəyini də vəd etmişdi.
Sözügedən evdə geniş müsahibə, açıqlamalar verən müğənni sonda cadunu evin bir küncündən taparaq efirdə belə göstərmişdi. 

Sizə bir neçə il əvvəl "Mətanət Əsadovanın evində cadu tapıldı" adı ilə gedən reportajı və Məryəm Naməd-zadənin qətlindən sonra evində çəkilən görüntüləri təqdim edirik. 

Qeyd edək ki, yanvarın 5-də Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi Məryəm Naməd-zadə yaşadığı mənzildə 43 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun ölümündə isə qızı Günel Hüseynova və qohumları ittiham olunurlar. 

Videoları izləmək üçün şəkillərə klikləyin.

Mətanət qızıl Məryəmin evini niyə öz evi kimi təqdim edib?

Mətanət qızıl Məryəmin evini niyə öz evi kimi təqdim edib? - 1






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR