Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakının daha bir küçəsi yeni görkəmdə (FOTO+VİDEO)

Bakının daha bir küçəsi yeni görkəmdə (FOTO+VİDEO)

Date: 8 January 2016 17:53

Bakı. Trend:

Bakının daha bir küçəsi artıq yeni görkəmdədir.

“Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, belə ərazilərdən biri də Yasamal rayonu Əhməd Cəmil küçəsidir. Əhməd Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşir. Bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir.

Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq ərazidən daşınıb. Deformasiyaya uğramış köhnə yol yatağı qazılaraq çıxarılıb və əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib. Daha sonra 2 qat və 10 santimetr qalınlığında olmaqla təqribən 8 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Kompleks şəkildə “Azəryolservis” ASC tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə mövcud piyada səkiləri təmir olunaraq asfaltlanıb. Səkilərin kənarlarına ümumilikdə 1300 poqon metr yeni səki daşı düzülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakının küçəsi yeni görkəmdə FOTOVİDEO

RƏYLƏR


Top news