Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günelin atası vəzifəli şəxsin sürücüsüdür" - Fotolar

"Günelin atası vəzifəli şəxsin sürücüsüdür" - Fotolar

Date: 8 January 2016 17:57

"Günelin Asim adlı sevgilisi var, Asimin atası vəzifəli şəxsin "şoferidir". Ona görə də Günel Asimə güvənib "xod" gedirdi". 

Milli.Az bildirir ki, bu sözləri musavat.com-a açıqlama verən "Qızıl Məryəm"in qətlində ittiham olunan Günel Hüseynovanın yaxınlarından biri deyib. 

Son günlər məşhur qızıl satan Məryəm Namet-zadəni - anasını öldürən qız, yəni, Günel Hüseynova mətbuatın əsas mövzusuna çevrilib. Qohumları ilə birlikdə 43 bıçaq zərbəsi nəticəsində öz anasını öldürən Günel Hüseynova fotomodeldir. 

O, tanınmış məkanların da siması olub. Onun da anası kimi şou-biznes nümayəndələri ilə gözəl münasibətləri var.   

G.Hüseynovanın siması olduğu "Lady Sharm" salonundan isə bildirdilər ki, Günel Hüseynovanı tanımırlar: "Mən salonun müdirəsiyəm. Bir aydır ki buranı işlədirəm. O xanımı tanımıram, onun salonumuzun siması olduğunu bilmirəm. O xanımı salonumuzda görməmişəm". 

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü və xüsusi amansızlıqla öldürülmüş Məryəm Namet-zadənin meyiti yaşadığı evdə aşkar edilib. 

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova və qohumları olması müəyyən edilib. 





Tags:  qizil meryem meryem namidzade meryam namadzade meryemin qetli qizil meryemin qetli anasini olduren qiz

RƏYLƏR


Top news