Ukraynalı arbitr 2015-ci ildə qadınlar arasında ən yaxşı futbol hakimi sayılıb

Ukraynalı arbitr 2015-ci ildə qadınlar arasında ən yaxşı futbol hakimi sayılıb
17:58 8 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 8 yanvar, AZƏRTAC
Ukraynalı Yekaterina Monzul Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən 2015-ci ildə dünyada ən yaxşı qadın arbitr sayılıb.
AZƏRTAC “Sport.ua” portalına istinadla xəbər verir ki, 50 ölkədə keçirilən sorğuda mütəxəssislər tərəfindən dəstək alan Y.Monzul böyük fərqlə qalib gəlib.
Ukraynalı mütəxəssis son iki ilin qalibi Bibiana Ştaynhausu (Almaniya) 79 bal qabaqlayıb.
Ötən il qadınlar arasında dünya çempionatının oyunlarını idarə edən Y.Monzul Yaponiya və ABŞ komandaları arasında final matçına hakimlik edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynali_arbitr_2015_ci_ilde_qadinlar_arasinda_en_yaxsi_futbol_hakimi_sayilib-917003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR