Turpaketlər ucuzlaşacaq

Turpaketlər ucuzlaşacaq
18:05 8 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Hava Yolları"nın (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlar üzrə aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasət tətbiq etməsi turizm şirkətlərinin təqdim etdiyi turpaketlərin qiymətlərinin də enməsinə səbəb olacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, yeni tarif sisteminin tətbiqi artıq müştərilərə daha çox seçim imkanı verəcək.

AzTA rəsmisi hesab edir ki, yeni siyasət aviabiletlərin təxminən 50-60 avro ucuzlaşmasına səbəb olacaq: "Bu, artıq müştərilər, xüsusilə təyyarədə yemək yeməyən müştərilər üçün gözəl bir imkandır. Çünki biletlərin qiyməti müəyyən qədər enəcək. Sərnişin hər bir baqaja görə minumum 25-30 avro pul ödəyir. Baqajı olmayan artıq bunu ödəməyəcək. Təyyarədə yeməyin verilməsi də biletlərin qiymətinin qalxmasına təsir göstərirdi".

Turpaketlərin aviabiletlərin və hotel xərclərinin qiymətləri əsasında formalaşdığını xatırladan N.Bağırov bildirib ki, yeni siyasət turizm şirkətlərinin öz paketlərini sata bilməsi üçün əlverişli imkan yaradacaq. Onun fikrincə, AZAL-ın yeni tarif siyasətinin tətbiqi nəticəsində turizm şirkətləri də müştərilərə seçim etməyə imkan verən turpaketlər təqdim edəcəklər: "Yeni konsepsiya çərçivəsində "Azərbaycan Hava Yolları"nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfin üç tarif kateqoriyası - "Budget", "Discount" və "Comfort" mövcud olacaq. Şirkətlər bunun əsasında müştərilərə fərqli paketlər təqdim edə biləcəklər. Müştəri daha ucuz sinfi seçsə, onda, sözsüz ki, turpaketin də qiyməti enəcək".

Xatırladaq ki, "Azərbaycan Hava Yolları"nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfin üç tarif kateqoriyası - "Budget", "Discount" və "Comfort" mövcud olacaq. Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.

"Budget", "Discount" və "Comfort" tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər. Baqajın (23 kq-a qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR