Bakıda daha bir küçə təmir olunaraq vətəndaşların ixtiyarına verilib

Bakıda daha bir küçə təmir olunaraq vətəndaşların ixtiyarına verilib
18:08 8 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Bakının Yasamal rayonu Əhməd Cəmil küçəsi əsaslı şəkildə təmir olunaraq vətəndaşların ixtiyarına verilib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əhməd Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və general Akim Abbasov küçələri arasında yerləşir. Bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir.
Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Deformasiyaya uğramış köhnə yol yatağı qazılaraq çıxarılıb və əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib. Daha sonra 2 qat və 10 santimetr qalınlığında olmaqla təqribən 8 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Kompleks şəkildə “Azəryolservis” ASC tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə mövcud piyada səkiləri təmir olunaraq, asfaltlanıb. Səkilərin kənarlarına ümumilikdə 1300 paqonmetr yeni səki daşı düzülüb.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_daha_bir_kuche_temir_olunaraq_vetendaslarin_ixtiyarina_verilib-917012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR