Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Taxıl Kombinatının direktorunu öldürən şəxslər onun telefonunu aparıblar - HADİSƏ YERİNDƏN

Taxıl Kombinatının direktorunu öldürən şəxslər onun telefonunu aparıblar - HADİSƏ YERİNDƏN

Date: 8 January 2016 18:15

Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

APA  TV-nin məlumatına görə, hadisə Hövsan qəsəbəsi, Bağlar massivində qeydə alınıb. Qəsəbə sakini, 1963 -ci il  təvəllüdlü  Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.  Hüquq-mühafizə orqanlarından verilən məlumata görə qətlə yetirilən şəxs taxıl kombinatının direktoru olub.

 

Ailəli olsa da Bağırov çox vaxt bağ evində qalırmış. Ailəsi isə Hövsanda bina evində  yaşayıb. Oğlu  Pənah Bağırov Sabunçu rayon 30-cu polis bölməsinin əməkdaşlarına atasının bağ evində tək yaşadığını deyib. O qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi barədə ehtimalının olmadığını deyib. Pənah Bağırovun sözlərinə görə, hadisəni törədən şəxslər evin altını üstünə çeviriblər. Artıq mərhumla əlaqəsi olan bütün şəxslər 30-cu polis bölməsin dəvət olunub.

Qeyd edək ki, evdən heç nə aparılmasa da, hadisə yerindən mərhum Qalib Bağırova məxsus mobil telefon tapılmayıb. Ehtimala görə, Bağırovun öldüyünü güman edən şəxslər izi itirmək məqsədilə onun mobil telefonunu özləri ilə aparıblar.


Tags:  taxil kombinatinin direktoru olduruldu telefonun apariblar

RƏYLƏR


Top news