Azərbaycan Mərkəzi Bankı (AMB) valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib.
Milli.Az APA-ya istinadən bildirir ki, məktubda "Banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir" deyilir.
Qeyd edək ki, əvvəllər bu limit 2% səviyyəsində idi.
Milli.Az