Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiqləyib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiqləyib
18:13 8 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 78.5-ci, 80.8-ci, 81.6-cı, 82.1-ci və 82.3-cü maddələrinə müvafiq olaraq, "Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında" Qaydalar təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, bu Qaydalar qiymətli kağızlar bazarında sui-istifadələrin müəyyən edilməsi və qarşısının alınması qaydasını, insayd məlumatın açıqlanmasını və təqdim edilməsini, insayder siyahısının tərtib edilməsinə dair tələbləri, insayderlərin qiymətli kağızları kütləvi təklif edilib və tənzimlənən bazarda ticarətə buraxılmış aid olduğu emitentlərin səhmləri ilə və ya baza aktivinin həmin səhmlərdən ibarət olan törəmə maliyyə alətləri ilə bağladığı əqdlər barədə məlumatın açıqlanması və insayder tərəfindən bağlanmış əqdlər haqqında məlumatın təqdim edilməsi qaydalarını müəyyən edir.
Eyni zamanda, QKDK tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 997.4-cü maddəsinə müvafiq olaraq "Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü" Qaydası təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qayda depozitar qəbzlərin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü qaydasını müəyyən edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qiymetli_Kagizlar_uzre_Dovlet_Komitesi_yeni_qaydalari_tesdiqleyib-917015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR