Azərbaycanlı aktrisa nənə oldu - FOTO

Azərbaycanlı aktrisa nənə oldu - FOTO
18:22 8 Yanvar 2016
241 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış aktrisa, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Məsumə Babayeva nənə olub. Aktrisa bu haqda milli.az-a danışıb.

"3 gün əvvəl qız nəvəm dünyaya gəldi. İlk nəvəm dünyasını çox erkən dəyişdi, çox istedadlı uşaq idi. Mənim kimi aktrisa olmaq istəyirdi (kövrəlir). Uzun bir zaman nəvə üzünə həsrət qaldım. Bu xoşbəxt günü mənə yaşatdığına görə Allaha çox şükür edirəm. Hələ ki, nəvəmə ad verməmişik. Allah hər bir kəsə nənəlik sevincini yaşatsın", - aktrisa bildirib.

Qeyd edək ki, aktrisanın qızı Ülviyyə Abbasova iki il əvvəl 2-ci dəfə ailə həyatı qurub. İlk evliliyindən olan azyaşlı qızı qəza nəticəsində dünyasını dəyişib.





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/396333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR