Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının iki əsas yolunda hərəkət məhdudlaşdırılır

Bakının iki əsas yolunda hərəkət məhdudlaşdırılır

Date: 8 January 2016 18:18

Bakı. Trend:

Paytaxtda iki ərazidə nəqliyyatın hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədilə yanvarın 9-da aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, “20 Yanvar dairəsi”ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yolötürücünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natəvan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısa müddətlik məhdudlaşdırılacaq.

İşlərin səhər saat 09:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır. ASC bununla əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakının iki əsas yolunda hərəkət məhdudlaşdırılır

RƏYLƏR


Top news