Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kənan həyat yoldaşından danışdı: "Qarışanın da boynunu qıraram"

Kənan həyat yoldaşından danışdı: "Qarışanın da boynunu qıraram"

Date: 8 January 2016 18:22

Tanınmış rejissor Kənan MM həyat yoldaşı, müğənni Aygündən danışıb. Big.az xəbər verir ki, emosional rejissor hər zaman olduğu kimi yenə də səmimiyyəti ilə seçilib: 

"Aygünə qadağa qoymamışam. Hələ ki, uşaq böyüdür. İnsanın öz ağlı, məncə, ona kifayətdi, qadağaya nə gərək var?! Xanım üçün əvvəl ailə, sonra sənət".

"Kənan sizin Aygün xanımla birgə fotonuzu paylaşanda çox zaman, hər kəsə təəccüb gəlir ki, sizin kimi ciddi xarakterə malik biri müğənni xanımla evləndi" - fikrinə Kənan MM belə reaksiya verib: 

"Müğənni xanımla evlənən ciddi deyil ki? Mənim həyatımda baş verən hər hansı bir hadisə yalnız öz razılığım ilə baş tutur. Hələ heç bir şey həyatıma anidən daxil olmayıb. Ailəmi özüm qurmuşam, qarışanın da boynunu qıraram. Bunu deyirəm də, edərəm də... Ailə müqəddəs şeydi. Mən iki halda vəhşiyə dönə bilirəm. Bir müqəddəslərimə toxunanda, bir də ki ailəmə... Müqəddəslərim Əhli- Beyt, Hz.Məhəmməd Peyğəmbər (s.a.v) və onun ailəsi, ailəm də ki, məlumdur".


Tags:  Kenan MM heyat yoldasi Kenan MM Kenan MM Aygun

RƏYLƏR


Top news