"Bank Respublika" bəzi region filiallarını bağlayır

"Bank Respublika" bəzi region filiallarını bağlayır
18:23 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
"Bank Respublika" xidmət şəbəkəsində effektivliyin artırılması məqsədilə fevralın 1-dən Şəki, İmişli və Göyçay filiallarının fəaliyyətini dayandırır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ölkənin maliyyə sistemində yaranmış vəziyyəti, həmçinin qeyd olunan filialların rentabellik və potensial baxımından aşağı səviyyədə olmasını nəzərə alaraq, bank onların bağlanması qərarını verib.
Bununla yanaşı, Şəki, İmişli və Göyçay filiallarının müştərilər qarşısındakı öhdəlikləri (əmanətlər, kreditlər, plastik kartlar, hesablar və digər bank xidmətləri) aşağıdakı qaydada yerinə yetiriləcək:
İmişli filialı – Şirvan filialı (Ünvan: Şirvan şəhəri, 20 Yanvar küçəsi, 26А / Telefon: (+99421) 215 66 88);
Şəki filialı - Qax filialı (Ünvan: Qax şəhəri, İ.Mustafayev küçəsi, 3 / Telefon: (+994 24) 255 52 20);
Göyçay filialı – Yevlax filialı (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 12 / Telefon: (+994 22) 336 23 42, (+994 22) 336 23 47).

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBank_Respublika_quot_bezi_region_filiallarini_baglayir-917020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR