Bülənt Ərsoyun "donuz qripi" olduğu dəqiqləşdi

Bülənt Ərsoyun "donuz qripi" olduğu dəqiqləşdi
18:36 8 Yanvar 2016
134 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Bülənt Ərsoyun H1N1 virusuna “(“Donuz qripi”) yoluxduğu dəqiqləşib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə dünən xəstəxanaya yerləşdirilən ifaçının həkimi Bülənt Şahin məlumat yayıb. Xəstəxananın baş həkimi B.Ərsoyun anasının da vəziyyətinin ağır olduğun bildirib. Bülənt Şahin müğənninin qrip şikayəti ilə xəstəxanaya baş vurduğunu deyib:

 “Dərhal müayinəyə başladıq. Analizlərin nəticələrinə əsasən, Bülənt Ərsoy “donuz qripi”nə yoluxub. Nəzarət altına almışıq. Vəziyyəti ağır idi, ancaq müdaxilələrdən sonra həyati təhlükəsi sovuşub. Büləntin anası da bu xəstəliyə yoluxub, ancaq onun vəziyyəti ağırdır”.

Həkim müğənninin bir-iki günə evə buraxılacağını da əlavə edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR