Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılır (27 Mart 2017 20:17)
Qadını öldürüb qaçan sürücü tutuldu (27 Mart 2017 17:24)
Gürcüstanda nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoyuldu (19 Mart 2017 09:27)

Tarix: 8 Yanvar 2016 18:38


Bakı, 8 yanvar, AZƏRTAC
Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədi ilə yanvarın 9-dan aparılacaq cari təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ziya Bünyadov prospektində, “20 Yanvar dairəsi”ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natavan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısa müddətlik məhdudlaşdırılacaq. İşlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır.
Yaranacaq müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC sürücülərdən üzr istəyir.

Teqlər:  Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq



RƏYLƏR


Top xəbərlər