Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​BVF: Neft hələ uzun müddət ucuz olacaq

​BVF: Neft hələ uzun müddət ucuz olacaq

Date: 8 January 2016 18:42

Bakı. 8 yanvar. REPORT.AZ/ Dünya bazarında neft qiymətləri hələ uzun müddət aşağı səviyyədə qalacaq. "Report" xəbər verir ki, bunu RNS kanalına Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristian Laqard deyib. 
Neftin qiyməti ilə əlaqədar problem Afrikanın regional CEMAC təşkilatı ilə görüşdə müzakirə olunub. K.Laqard bildirib ki, əvvəlki iqtisadi tsikllardan fərqli olaraq, neftin çox uzun müddət bahalaşmayacağı proqnozlaşdırılır. BVF başçısı qeyd edib ki, müəyyən dövrlərdə neftin reabilitasiyası mümkündür, lakin müsbət proqnozlar ancaq 2019-cu ildən sonra mümkün olacaq. Neftin qiyməti yaxın illərdə maksimum 60 dollar/barelə qədər arta bilər. 
Görüşdə neftin qiymətini aşağı salan amillər - şist neftin istehsalı, İranın neft bazarına geri dönməsi, OPEC-in qərarları müzakirə olunub. K.Laqard qeyd edib ki, mövcud qiymətlərə həmçinin ABŞ-da neftə olan tələbatın azalması da təsir edir.

Tags:  BVF Neft hələ uzun müddət ucuz olacaq

RƏYLƏR


Top news