"Əsgərə məktublar" mövzusunda yazı müsabiqəsinin vaxtı uzadılıb

18:43 8 Yanvar 2016
16 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan etdiyi “Əsgərə məktublar” mövzusunda yazı müsabiqəsinin vaxtı uzadılıb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqəyə ötən il dekabrın 7-dən 2016-cı il yanvarın 18-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər. Yazılar 3 min işarədən çox olmamalı və məktub janrında yazılmalıdır. Bütün yazılar vətənpərvərlik ruhunda qələmə alınmalıdır.

Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilə bilər. Yazılar dekabrın 30-dək elektron formada (yazının linki əlavə edilməklə) info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü, çalışdığı media orqanı haqqında məlumatları və əlaqə nömrələrini göstərməsi zəruridir. Yazılar dərc olunarkən “Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur” qeydi zəruridir.

Müsabiqədə ilk üç yeri tutan şəxslərə müvafiq olaraq 500, 300 və 200 manat məbləğində mükafat veriləcək. Bundan əlavə, 10 nəfərə 100 manat məbləğində həvəsləndirici mükafat nəzərdə tutulub.

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2478254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR