Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sürücülərin nəzərinə - bu yollarda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə - bu yollarda hərəkət məhdudlaşdırılacaq

Date: 8 January 2016 18:46

Sabah paytaxtın iki ərazisində hərəkət qısamüddətli məhdudlaşdırılacaq.

"Azəryolservis" ASC-dən Axşam.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədilə yanvarın 9-da aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, “20 Yanvar dairəsi”ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natavan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısamüddətli məhdudlaşdırılacaq.

 İşlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır.


Tags:  Sürücülərin nəzərinə bu yollarda hərəkət məhdudlaşdırılacaq

RƏYLƏR


Top news