Parisdəki terror aktında istifadə olunan bombalar Brüsseldə hazırlanıb

Parisdəki terror aktında istifadə olunan bombalar Brüsseldə hazırlanıb
19:03 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, Nihad Budaqov, AZƏRTAC
2015-ci il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən partlayışlarda istifadə olunan bombaların hazırlandığı evin Belçikanın paytaxtı Brüsseldə olduğu iddia edilir.
AZƏRTAC xəbər verir ki, Belçikanın Federal Prokurorluğundan edilən şərhdə Brüsselin Skaerbek küçəsindəki evə edilən basqında Parisdə törədilmiş terror aktlarının təşkilində günahlandırılan və qaçmağı bacaran Salah Adeslamın barmaq izi, bombanın hazırlanmasında istifadə edilən avadanlıqlar, bomba hazırlamaq üçün maddələr və terrorçuların istifadə etdiyi 3 jilet aşkar edilib.
Noyabrın 13-ü hadisəsinin iştirakçılarının ən az ikisinin Belçikada yaşadığı müəyyən edilmişdi. Hücumlardan sonra təşkil edilən əməlıyyatlarda 40-dan çox şübhəli saxlanılmış, onlardan 10-u həbs olunmuşdu. Qardaşı hücumlar zamanı məhv edilən Salah Adeslamın isə hadisələrdən sonra iki nəfərlə birgə Parisdən Brüsselə getdiyi məlum olmuşdu, lakin əməliyyatlar zamanı o tutulmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parisdeki_terror_aktinda_istifade_olunan_bombalar_Brusselde_hazirlanib-917048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR