Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naftalana gələn turistlərin sayı son 5 illə müqayisədə 6 dəfə artıb

Naftalana gələn turistlərin sayı son 5 illə müqayisədə 6 dəfə artıb

Date: 8 January 2016 19:03


Bakı, 8 yanvar, AZƏRTAC
Son illər nadir müalicəvi xassəli Naftalan nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Naftalan şəhərində turizm sahəsində aparılmış islahatlar bu şəhəri nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırıb. Beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri tikilib istifadəyə verilib. Təbii ki, müalicə və istirahət üçün də bütün imkanlar var.
AZƏRTAC xəbər verir ki, burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Təkcə 2015-ci ilin dekabr ayında Naftalanda 1300 nəfər turist olub. Hətta bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər təşkil olunur.
2015-ci il şəhərdə turizm sektoru üçün uğurlu olub. Bu dövrdə şəhərə gələn xarici və yerli turistlərin sayı 16 min nəfəri ötüb, yəni son 5 illə müqayisədə 6 dəfə artıb.
Eyni zamanda, xarici qonaqların Naftalana gəlməsində də müsbət dəyişikliklər müşahidə olunub. Belə ki, 2015-ci ildə Naftalana dünyanın bir çox ölkələrindən, Rusiya, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə, 3000 nəfər xarici turist gəlib.
Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.





Tags:  Naftalana gələn turistlərin sayı son illə müqayisədə dəfə artıb


RƏYLƏR


Top news