Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Kukla Teatrının direktoru beynəlxalq festivalın münsiflər heyətində təmsil olunacaq

Kukla Teatrının direktoru beynəlxalq festivalın münsiflər heyətində təmsil olunacaq

Date: 8 January 2016 19:03


Bakı, 8 yanvar, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Rusiyada keçiriləcək “Caz karuseli” adlı ikinci beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunmaq üçün dəvət alıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə baş tutacaq.
Fevralın 24-dən 29-dək reallaşacaq nüfuzlu beynəlxalq müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.
Öz ətrafına müxtəlif ölkələrdən yüzlərlə istedadlı uşaq və gənci toplayacaq müsabiqənin münsiflər heyətində Rusiyanın tanınmış incəsənət xadimləri və pedaqoqları təmsil olunacaq.
 

Tags:  Kukla Teatrının direktoru beynəlxalq festivalın münsiflər heyətində təmsil olunacaq


RƏYLƏR


Top news