Mərkəzi Bank “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edib

Mərkəzi Bank “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edib
19:12 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti  “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edib.
“Report” xəbər verir ki, sənədə əsasən, regionlar üzrə ipoteka kreditləri və onlar üzrə faiz dərəcələri (Forma BS-3.2) forması dövrün sonuna qalıqlar üzrə və hesabat dövrü ərzində hissələrindən ibarətdir. Bu hesabat forması statistik vahidlərin“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaitləri və bankların daxili resursları hesabına verilmiş ipoteka kreditlərini, o cümlədən adi ipoteka və güzəştli ipoteka kreditləri məbləğinin və orta faiz dərəcələrinin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə coğrafi təsnifatını əks etdirəcək.
Statistik vahidlərin pul və maliyyə statistikası haqqında hesabat 5 statistik formadan-depozitlər və onlar üzrə faiz dərəcələrindən (Forma BS-1), kreditlər və onlar üzrə faiz dərəcələrindən (Forma BS-2), kredit və depozitlərin regional strukturundan (Forma BS-3), maliyyə institutları arasında kredit və depozit əməliyyatlarından (Forma BS-4) ibarət idi.
Dəyişiklikdən sonra hesabat verilən 5 statistik formadan biri dəyişib. Belə ki, Qiymətli kağızlarla əməliyyatı (Forma BS-5) statistik vahidin qiymətli kağızlarla əməliyyatı (Forma BS-5) ilə əvəz edilib.
Dəyişikliyə əsasən, statistik vahidin qiymətli kağızlarla əməliyyatları (Forma BS-5) haqqında hesabat forması statistik vahidin qiymətli kağızlar bazarında dövlət istiqrazları, Mərkəzi Bankın notları, repo əməliyyatları, investisiya korporativ qiymətli kağızlar (səhmlər və istiqrazlar) və digər qiymətli kağızlarla əməliyyatları əks etdirəcək.
Statistik vahidin qiymətli kağızlarla əməliyyatları (Forma BS-5) haqqında hesabat forması statistik vahidin qiymətli kağızlar bazarında dövlət istiqrazları, Mərkəzi Bankın notları, repo əməliyyatları, investisiya korporativ qiymətli kağızlar (səhmlər və istiqrazlar) və digər qiymətli kağızlarla əməliyyatları əks etdirir.
Statistik vahidin aldığı və satdığı qiymətli kağızlar ayrıca sətirlə göstərilməli və mülkiyyətçisi olduğu qiymətli kağızlar üzrə orta faiz dərəcəsi əks olunmalıdır.
Bundan başqa, BS-5 hesabat formasında digər qiymətli kağızlar kateqoriyasına veksellər, xarici dövlətlərin dövlət qiymətli kağızları, xarici dövlətlərin mərkəzi banklarının qiymətli kağızları, avrobondlar və hesabat formasındakı digər kateqoriyalara aid olmayan qiymətli kağızlar daxil edilməlidir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/hesabatinin-tertibi-ve-teqdim-edilmesi-haqqinda-telimat-da-deyisiklikler-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR