SOCAR və BP kadr hazırlığı üzrə əməkdaşlığı uzadıb

SOCAR və BP kadr hazırlığı üzrə əməkdaşlığı uzadıb
19:13 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

SOCAR-da insan resurslarının idarə edilməsi üzrə təlimlər təşkil edilib (16 May 2017 12:47)
Fransa Prezidenti: “Total və SOCAR arasında uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram” (15 Mart 2017 10:52)
“SOCAR-Polymer” əməkdaşlarının biliklərini nümayiş etdirməsi məqsədilə tədbir keçirilib (01 Mart 2017 16:57)

Bakı. Maksim Tsurkov - Trend:

Yanvarın 8-də "BP Exploration (Caspian Sea) Limited" şirkəti ilə SOCAR-ın Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində (QRTM) 10 ay müddətində texniki peşə ixtisasları üzrə fəhlə kadrların hazırlanması proqramı çərçivəsində Qaradağ rayonunun 40 gənc sakininə təlim keçirilməsi üzrə SOCAR ilə BP şirkəti arasında mövcud sazişin II fazası olaraq müqaviləyə əlavənin imzalanması mərasimi keçirilib. Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

Sənədi SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Layihənin II fazası çərçivəsində 31 dekabr 2016-cı il tarixinədək Qaradağ rayonunun sakini olan 40 nəfər gənc üçün 10 aylıq fəhlə kadrlarının hazırlanması proqramı daxilində peşə təlimi xidmətlərinin yerinə yetirilməsi nəzərdə tutulur. BP-nin Davamlı İnkişaf Təşəbbüsləri layihəsi çərçivəsində keçirilən bu proqrama əsasən, texnoloji qurğuların operatoru ixtisası üzrə 13, təmirçi çilingər ixtisası üzrə 13, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisası üzrə 14 gənc QRTM-də təhsilə cəlb olunacaq.

Layihənin məqsədi 6 inzibati binadan və qaynaq emalatxanasından ibarət QRTM-də müasir avadanlıqlar, tədris vəsaitləri və simulyator qurğularından istifadə etməklə, ixtisaslı və səriştəli müəllimlərin vasitəsilə 3 peşə ixtisası üzrə nəzəri və praktiki bilikləri tədris etmək, habelə SOCAR-ın müəssisələrində həmin gənclərə istehsalat təcrübəsini aşılamaq və onların peşə ixtisaslarına yiyələnmələrinə dəstək verməkdir.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti X.Məmmədov şirkətin genişmiqyaslı və çoxşaxəli kadr hazırlığı proqramları həyata keçirdiyini, yüksək ixtisaslı fəhlə kadrların hazırlanmasını daim diqqət mərkəzində saxladığını bildirib. Qeyd olunub ki, əvvəlki illərdə layihə çərçivəsində təlim-tədris prosesi yüksək səviyyədə təşkil olunub və istehsalata ixtisaslı peşəkar fəhlə kadrlar göndərilib.

“BP-Azerbaijan” şirkətinin vitse-prezidenti B.Aslanbəyli SOCAR-ın təlim mərkəzinin təlim və tədris imkanlarını yüksək dəyərləndirib və kadr hazırlığı üzrə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46

Məsciddə atışma: 4 ölü

25 İyun 2017 23:38

Almaniya və Çili yarımfinalda - VİDEO

25 İyun 2017 23:37

Jaguar-dan yeni universal XF - FOTO

25 İyun 2017 23:37

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37

Tanış olun: İnstagram-dakı zəngin valideynlər - FOTO

25 İyun 2017 22:32