Ən qəribə futbolçu zədələnmələri: yataqda... - FOTO

Ən qəribə futbolçu zədələnmələri: yataqda... - FOTO
19:42 8 Yanvar 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə saytlarından biri indiyədək futbolçuların başına gəlmiş və zədələnmələri ilə nəticələnmiş ən qəribə hadisələrin siyahısını hazırlayıb.

Milli.Az fanat.az-a istinadən siyahını təqdim edir.

Alan Vrigt: "Aston Villa" və "Blekbern"in sabiq üzvü Alan Vrigt mindiyi "Ferrari"də qaza basmağa çalışarkən diz qapağından zədələnmişdi.

Kasey Keller: 4 dəfə Dünya çempionatına qatılan ABŞ yığmasının qapıçısı maşınından qolf taxtasını çıxararkən onu dişinə çırpmışdı. Nəticədə ön dişlərindən bir neçəsi sınmışdı.

Darren Barnard: Bir vaxtlar "Çelsi"də forma geyinən alman futbolçu yalnışlıqla itinin nəcisi üzərindən keçmiş və sürüşərək yerə yıxılmışdı. Bunun nəticəsi olaraq dizindən ağır zədə almışdı.

Stiven Tompson: Bir tətil zamanı dənizdə mindiyi hava şarından yıxılaraq qasığından zədələnmişdi.

Kevin Kile: Kiçik oğlunu yedizdirməyə çalışarkən qaynayan suyu prostat vəzilərinin üzərinə dağıtmışdı. Bu olaydan sonra İngiltərənin "Mirror" nəşri Kevin Kileyə "Qaynanmış toplar" ləqəbini vermişdi.

Dav Beasant: 2003-cü ildə vida oyununu keçirən ingilis qapıçının ayağına 1993-cü ildə salat qutusu düşərək zədələmişdi. Nəticədə o, 3 həftə yaşıl meydanlardan kənarda qalmışdı.

Robbi Kin: Sekslə məşğul olan zaman zədələnərək bir müddət oynaya bilməmişdi.

David Seman: "Arsenal"ın əfsanəvi qapıçısı evində televiziya izlədiyi vaxt pultu götürmək istəyərkən yıxılaraq ayağını qırmışdı.

Leroy Lita: Yuxudan durduqdan sonra yataqda gərnəşərkən sol ayağından zədə almışdı.

David Ceyms: Kompüter oyunu oynayarkən baş barmağından zədə almış və futbol tarixinin ən ilginc zədələnmələrindən birinə imza atmışdı.

Santyaqo Kanizares: Qolkiper üzünü qırxdıqdan sonra krem qutusunu ayağının üstünə düşürmüş və "DÇ-2012"də İspaniya millisinin formasını geyinə bilməmişdi.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR