Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Planetimizin şən uşaqları Bakıda

Planetimizin şən uşaqları Bakıda

Date: 8 January 2016 19:43


Bakı, 8 yanvar, AZƏRTAC
Bakıdakı 5 nömrəli tam orta məktəbdə “Planetimizin şən uşaqları” adlı mahnı və rəqs festivalı keçirilib. Festivalın məqsədi Azərbaycanın tolerant, sülhsevər dövlət olduğunu, Yer kürəsinin bütün uşaqlarının azad və firavan yaşamaq haqqının olmasını nümayiş etdirməkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, festivala 40-dək ölkədən məktəblilər qatılıblar.
Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgidə müxtəlif xalqların milli geyimlərini əks etdirən “kreativ gəlinciklər” nümayiş olunub. Daha sonra məktəblilər dünya xalqlarının rəqslərini ifa ediblər.


Tags:  Planetimizin şən uşaqları Bakıda


RƏYLƏR


Top news