Təyyarə qəzası: ölənlər var (FOTO)

Təyyarə qəzası: ölənlər var (FOTO)
20:59 8 Yanvar 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçin “West Atlantic” şirkətinin poçt təyyarəsi Norveç ilə sərhəddə qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, təyyarə Oslodan Tromsoya uçurmuş.

Təyyarənin iki pilotunun taleyi hələlik məlum deyil. Onlar Norveç və İsveç vətəndaşı olmayıblar. “Bombardier CRJ200” təyyarəsi yanvarın 8-də yerli vaxtla axşam saat birdə radardan itib. Bu zaman təyyarə Norveçin təxminən 120 kilometr şimalında Bude şəhərində olub.


“Bombardier CRJ200” təyyarəsi

Bilinməyən səbəblərdən təyyarə sürətlə hündürlüyü itirməyə başlayıb. Bir dəqiqə ərzində təyyarə 6,5 kilometr aşağı düşüb. Bundan sonra təyyarə yüksək sürətlə yerə çırpılıb.Təyyarənin qırıntıları 50 metr radius ərazidə səpələnib.

Təyyarənin yüksək dağlıq ərazidə qəzaya düşməsi xilasedicilərin ora çatmaşını əngəlləyir. Qəza yerinin əlverişsiz və yol olmamasından ora getmək mümkün deyil.Qəza yerinə İsveç hava qüvvələrinin “F-16” eləcə də İsveç və Norveç xilasetmə vertolyotu göndərilib. Amma vertolyotlar qəza yerinə eniş edə bilmir.


Qəza baş verən ərazi xəritədə

Keçən il dekabrın sonlarında Hindistanda baş verən təyyarə qəzası nəticəsində 10 nəfər həlak olub. Hindistanın Sərhəd Təhlükəsizliyi Xidmətinə məxsus təyyarə paytaxt Nyu-Dehli yaxınlığındakı aeroportda qəzaya uğrayıb. Təyyarədə olan Sərhəd Təhlükəsizliyi Xidmətinin 3 əməkdaşı və texniki heyətə aid 7 nəfər qəza nəticəsində həlak olub.Təyyarənin Nyu-Dehlidən Rançi (Carkhand ştatında yer) istiqamətinə uçduğu bildirilir. Qəzanın dəqiq səbəbləri hələlik bilinmir. Ehtimal edilir ki, “Super King” adlı təyyarə havaya qalxandan dərhal sonra qəzaya uğrayıb. Məlumata görə, hava layneri aeroportun yaxınlığında divara çırpılaraq yaxınlıqdakı kiçik hovuza düşərək yanıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR