Uzaq Şərqdə müharibə ab-havası getdikcə artır

Uzaq Şərqdə müharibə ab-havası getdikcə artır
19:47 8 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə cavab olaraq Cənubi Koreya sərhəd xəttində səsgücləndiricilərlə anti-kommunist təbliğat verilişlərinin yayımını bərpa edib.

Publika.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, təbliğat verilişlərinin yayımı dörd saat çəkib.
 
Qeyd edək ki, rəsmi Pxenyan yanvarın 6-da ilk hidrogen bombasının sınağını müvəffəqiyyətlə reallaşdırdığını açıqlayıb. Açıqlamada bu sınağın tamamilə yerli gücün və texnologiyanın sayəsində həyata keçirildiyi qeyd edilib: "Sınaq zamanı ekologiyaya zərər verilməyib. Bu sınaq ABŞ kimi nüvə silahına malik olan dövlətlərdən müdafiə olunmaq və Koreya yarımadasının təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib". 
 
Amma ABŞ açıqlayıb ki, Şimali Koreyanın hidrogen bombasının sınağı ilə bağlı bəyanatı həqiqəti əks etdirmir. Ağ Evin sözçüsü Coş Ernest gündəlik mətbuat konfransında deyib ki, aparılan araşdırmaların nəticələri müvəffəqiyyətli bir sınağın keçirildiyi barədə iddianı təsdiqləmir.
 
Xatırladaq ki, Cənubi Koreyanın şimal qonşusu ilə sərhəddə təbliğat verilişlərini yayımlaması avqust ayında iki ölkəni müharibə həddinə gətirib. Sonradan Seul verilişlərin yayımını dayandırmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR