Məşhur müğənni "donuz qripi"nə tutulub: dəqiqləşdi

Məşhur müğənni "donuz qripi"nə tutulub: dəqiqləşdi
20:45 8 Yanvar 2016
346 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Bülent Ersoy "donuz qripi" xəstəliyinə yoluxub.

Milli.az xəbər verir ki, bu barədə məlumatı müğənninin həkimi Bülent Şahin verib. O, anadolu agentliyinə verdiyi müsahibədə müğəninin xəstəliyin "donuz qripi" əlamətlərinə uyğun olduğunu bildirib.

"Dərhal müayinəyə başladıq. Analizlərin nəticələrinə əsasən, Bülənt Ərsoy "donuz qripi"nə yoluxub. Nəzarət altına almışıq. Vəziyyəti ağır idi, ancaq müdaxilələrdən sonra həyati təhlükəsi sovuşub. Büləntin anası da bu xəstəliyə yoluxub, ancaq onun vəziyyəti ağırdır" - deyən həkim müğənniyə görə narahat olmağa heç bir əsas olmadığını və irəliləyən saatlarda dəqiq məlumatın veriləcəyini bildirib.

Həkimin dediyinə görə Bülent Ersoy iki gün içində evə buraxılacaq.

Qeyd edək ki, müğənni bir neçə gün əvvəl yüksək qızdırma səbəbi ilə xəstəxanaya yatırılmışdı.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR