Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Son 70 ildə ilk dəfə Hitlerin kitabı satışa çıxarılıb

Son 70 ildə ilk dəfə Hitlerin kitabı satışa çıxarılıb

Date: 8 January 2016 19:51

Almaniyada Adolf Hitlerin "Mayn kampf" kitabının təkrar nəşrinə qoyulan qadağa götürülüb.

Axşam.az-ın Report-a istinadən verdiyi xəbərə görə, yanvarın 1-də kitab yenidən satışa çıxarılıb. 59 avroya satılan nəşr 2000 səhifədən ibarətdir.
 
Avtobioqrafik əsər Münhenin Müasir Tarix İnstitutu tərəfindən buraxılıb. Nəşrdə tədqiqatçıların şərhləri, nasist liderinin ideologiyasının analizi əksini tapıb. Kitabın tarixçilərin şərhləri olmayan orijinal variantı hələ də qadağandır.
 
"Mayn kampf" Fransada təkrar nəşr edilib, lakin bir sıra Avropa ölkələrində, o cümlədən Avstriya və Niderlandda hələ də qadağandır.

Tags:  Son 70 ildə ilk dəfə Hitlerin kitabı satışa çıxarılıb

RƏYLƏR


Top news