"Qəbələ"nin qənimi 60 milyonu rədd etdi (FOTO)

"Qəbələ"nin qənimi 60 milyonu rədd etdi (FOTO)
20:51 8 Yanvar 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

“Borusiya Dortmund” klubunun forvardı Pyer-Emerik Obameyanq “Arsenal” klubuna keçməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, qabonlu futbolçu bütün söz söhbətlərə son qoyub

“Bütün yayılan xəbərlər doğru deyil. Mən “Arsenal”a keçmirəm”.

Məlumata görə, “Arsenal” Afrikanın 2015-ci il üzrə ən yaxşı futbolçusu Obameyanqı transfer etmək istəyir. “Topçular”ın sürətli futbolçunu heyətinə qatmaq üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Obameyanq Avropa liqasında "Qəbələ" klubuna qarşı oynayıb. O, qrup mərhələsində "Qəbələ" ilə Avropa Liqasının III tur matçında 3 qol vurduğu topu özü ilə aparıb. O, fotonun altında "Mənim suvenirim" yazaraq sosial şəbəkədə paylaşıb.


Obameyanqın 3 qol vurduğu top

26 yaşlı qabonlu Bundesliqada 17 oyunda 26 qol vurub. "Borussiya Dortmund" Almaniya çempionatında 17 oyundan sonra 38 xalla 2-ci pillədədir. Komanda lider "Bavariya"dan 8 xal geridədir.


Almaniya çempionatının turnir cədvəli

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR