Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İran Ali Məhkəməsi 27 nəfərin edam hökmünü təsdiqləyib

​İran Ali Məhkəməsi 27 nəfərin edam hökmünü təsdiqləyib

Date: 8 January 2016 21:02

Bakı. 8 yanvar. REPORT.AZ/ İran Ali Məhkəməsi 27 nəfərin edam hökmünün icrası haqda məhkəmə qərarlarını təsdiqləyib.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
İran İnsan Haqları Fəalları Agentliyinin (HRANA) məlumatına görə, Ali Məhkəmə İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETELAAT) 2009-2011-ci illərdə "İslam Respublikasına qarşı təbliğat aparmaq və silahlı aksiyalara qatılmaq" kimi ittihamlarla tutduğu 27 nəfər barəsində çıxarılan edam qərarını təsdiqləyib.
Beynəlxalq Əfv Təşkilatının hazırladığı "İran 2015" hesabatında bildirilib ki, ötən ilin ilk 6 ayında İranda 694 nəfər edam edilib.

Tags:  İran Ali Məhkəməsi 27 nəfərin edam hökmünü təsdiqləyib


RƏYLƏR


Top news