Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

21:23 8 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev və xanımı Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda iştirak edirlər (26 May 2017 13:17)
İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib (26 May 2017 13:12)
Prezident İlham Əliyev və xanımı Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edirlər (26 May 2017 13:08)


Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, Milad bayramının Azərbaycanda yüksək səviyyədə keçirildiyini, bu bayramda hazırda müasir dünyamız üçün mühüm aktuallıq kəsb edən sülhə çağırışın olduğunu vurğulayıb.
Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu bildirən arxiyepiskop deyib ki, multikulturalizm ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlamasını yüksək qiymətləndirən Aleksandr ölkəmizdə tolerantlığın yaşayış tərzi olduğunu vurğulayıb. O, Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanların sülh şəraitində yaşadıqlarını bir daha diqqətə çatdırıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.
Təbrik məktubunda qeyd edilir ki, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər. Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi dövlət siyasətinin başlıca məqsədlərindəndir.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təbrik məktubu oxunub.
Tədbirdə Dədə Qorqud Fondunun rəhbəri, “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov bildirib ki, Dədə Qorqud Fondu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopunu “Vətən övladı” ordeni ilə təltif edib. O, ordeni arxiyepiskop Aleksandra təqdim edib.
Daha sonra Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov mərkəzlə əməkdaşlıqda göstərdiyi fəallığa görə Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevə Fəxri fərman təqdim edib.
Sonda Moskva və bütün Rusiya Patriarxının qərarı əsasında “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanova Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Şöhrət” və “Şərəf” medalı təqdim olunub.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qırğızlar Rusiyadan 433 milyon dollar pul çıxardı

26 May 2017 13:38

Rusiyanın erengetika naziri yaxın illərdə neftin qiymətinin 100 dollara qalxacağına inanmır

26 May 2017 13:37

"Bu Şəhərdə" komandasında ayrılıq

26 May 2017 13:37

Türk klubundan Runi bombası

26 May 2017 13:37

Dövlət Sərhəd Xidməti Gözəl Bayramovanın saxlanması barədə məlumat yayıb

26 May 2017 13:36

Su kanalının kənarından silah-sursat tapıldı

26 May 2017 13:36

“Hoqqa” filmi Almaniyada təqdim olundu - FOTOLAR

26 May 2017 13:33

Totti komanda yoldaşlarına qonaqlıq verib

26 May 2017 13:32

Xaçmazda ana özünü oğlunun kəməri ilə asaraq intihar edib

26 May 2017 13:27

Mingəçevirdə 3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb

26 May 2017 13:27

"Ndlovu yığmaya dəvət alacaq"

26 May 2017 13:27

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

26 May 2017 13:27

Parisdə terror həyəcanı, hava limanı boşaldıldı

26 May 2017 13:27

Demə, insan başına gələcəkləri öncədən GÖRƏ BİLƏR - Gələcəkdə olanları belə öyrənin

26 May 2017 13:23

Bar qızını doğradı, cəsədin yarısını zibilliyə atdı, yarısını basdırdı - FOTO

26 May 2017 13:22

Ukrayna səfiri Tərcümə Mərkəzində olub

26 May 2017 13:22

Bakının bu ərazisində avtomobillərin hərəkət istiqaməti dəyişdirilir

26 May 2017 13:22

8 yaşlı oğlanın cəsarəti izləyənləri heyrətləndirir - VİDEO - FOTO

26 May 2017 13:17

"Dövlət məmurları da gəlir, müğənnilər də..." - FOTO

26 May 2017 13:17

Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub

26 May 2017 13:15

Sarkisyandan SENSASİYALI ETİRAF: Qarabağ Azərbaycanındır və əraziləri qaytarmasaq...

26 May 2017 13:13

Məhkəmə Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib

26 May 2017 13:12

Azərbaycan Premyer Liqasının oyunlarında dopinq-test tətbiq olunacaq

26 May 2017 13:12

Azərbaycanda adambaşına əmanətin həcmi 21% azalıb

26 May 2017 13:12

İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib

26 May 2017 13:12

O müəllimlərə yolun sonu göründü

26 May 2017 13:08

Ronaldo sevgilisinin çılpaq görüntüsünü YAYDI - FOTO

26 May 2017 13:08

​Ramazan ayının 6-cı gününün duası

26 May 2017 13:07

Məhkum məhkumu həbsxana binasından atdı - VİDEO

26 May 2017 13:05

Şok kadrlar: ayını vurmaq istədi, canını güclə qurtardı - VİDEO - FOTO

26 May 2017 13:05

“Türkiyədə yarım əsrdir buna hazırlıq gedirdi” - ŞOK HESABAT

26 May 2017 13:03

İran neft hasilatını 32% artırmaq niyyətindədir

26 May 2017 13:02

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Azərbaycana səfər edəcək

26 May 2017 13:02

Təhsil Nazirliyi: Zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır

26 May 2017 13:02

​Ramazan ayının 5-ci gününün duası

26 May 2017 13:02

Ankarada axşam saatlarında aksiyalar qadağan edildi

26 May 2017 13:01

​Ramazan ayının 4-cü gününün duası

26 May 2017 13:00

UEFA-dan şad xəbər: "Zirə"nin mərhələ keçmək şansı artdı

26 May 2017 12:57

TƏCİLİ: Parisdə hava limanı boşaldılır

26 May 2017 12:57

Dolu düşəcək - XƏBƏRDARLIQ

26 May 2017 12:57

Məşhur aktyor bu qızla evlənməyə hazırlaşır...

26 May 2017 12:57

Bu il müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq

26 May 2017 12:55

Məşhur fahişəxanada İNANILMAZ ANLAR: 10 kişi, 30 qadın və... - FOTOLAR

26 May 2017 12:53

Yəməndə atışma nəticəsində iki jurnalist ölüb, ikisi yaralanıb

26 May 2017 12:52

BMT Yəmənə humanitar yardım məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib

26 May 2017 12:52

UEFA reytinqi: Azərbaycan ikinci "onluğ"a düşə bilər

26 May 2017 12:52

"Hər gecə 2-3 kişi zorlayırdı" - Qaçırılan qadından TÜKÜRPƏDİCİ ETİRAF - VİDEO - FOTO

26 May 2017 12:52

IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin nəticələri nə vaxt açıqlanacaq?

26 May 2017 12:52

Fələstinli milyarderin məşhur qızı dekolte və yarığı növbəti dəfə nəfəs kəsdi – FOTOLAR

26 May 2017 12:48

​Ramazan ayının 3-cü gününün duası

26 May 2017 12:48