Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Baku Electronics"in mağazaları bağlanıb

"Baku Electronics"in mağazaları bağlanıb

Date: 8 January 2016 21:27

Milli.Az "report"-a istinadən xəbər verir ki, "Baku Electronics" şirkətində ötən il ərzində aparılan ixtisarlar və bəzi filialların bağlanması prosesi 2016-cı ildə də davam edir. Şirkət xərclərin optimallaşdırılması planı çərçivəsində paytaxtdakı iki filialını bu günlərdə bağlayıb. Həmin obyektlərin işçiləri isə ödənilməyən məzuniyyətə göndərilib. Dünəndən etibarən artıq işçilərə rəsmi şəkildə işdən çıxarıldıqları barədə məlumat verilib.

Qeyd edək ki, bağlanan mağazalar "Baku Electronics"in Mərdəkan qəsəbəsi və "Metropark" Ticarət Mərkəzində yerləşən satış mərkəzləridir. Onların bağlanma səbəbi "Baku Electronics"in ticarət dövriyyəsinin xeyli zəifləməsi ilə əlaqələndirilir.

Hər iki mağazada ümumilikdə 15 işçi olub. İşsiz qalanların sözlərinə görə, işçilərin daha 30%-nin ixtisar ediləcəyi nəzərdə tutulub.

Məişət texnikasını yeni qiymətlərlə satmalı olan şəbəkə, artıq hər hansı endirim kampaniyası keçirməyi nəzərdə tutmur. Bundan əlavə, işçilərə ödənilən mükafat və bonuslar ləğv edilib.

Qeyd edək ki, "Baku Electronics" 1994-cü ildə Bakıda bir mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.

Milli.Az


Tags:  Baku Electronicsin mağazaları bağlanıb



RƏYLƏR


Top news