İran millisinin üzvü həbs olundu - Qadınlara görə

İran millisinin üzvü həbs olundu - Qadınlara görə
21:42 8 Yanvar 2016
230 İdman
Ölkə mətbuatı
A- A+

İran millisinin də formasını geyinmiş Soşa Makani həbs edilib. Fanat.az xəbər verir ki, buna səbəb 29 yaşlı qapıçının İran qanunlarına görə geyinməyən qadınlarla olan qadınlarla fotolarını sosial mediada paylaşması olub.

Makanidən şikayət edən şəxs sonradan şikayətini geri götürsə də, futbolçu "əxlaqsızlıq və fahişəliyə səbəb ola biləcək fotolar paylaşdığı" üçün həbsxanaya salınıb. Qapıçının vəkili bildirib ki, Makaninin sosial media hesabı sındırılıb və fotolar onun xəbəri olmadan paylaşılıb.

Qeyd edək ki, həmin fotolarda futbolçunun 3 qadınla yan-yana dayandığı, bir fotoda isə əl-ələ tutduğu görünür. Qadınlardan birinin onun nişanlısı olduğu bildirilir. 

Soşa Makani və nişanlısı

Qolkiperin həbs insan haqqlarını müdafiə edən təşkilatların etirazına səbəb olub və onun azadlığa buraxılması tələb edilib.

Onu da qeyd edək ki, Makani hazırda "Persopolis"in formasını geyinir. İranın A millisində 3 oyun keçirmiş qapıçı əvvəllər "Fəcr", "Pas", "Stil Azin", "Neft" (Tehran) və "Fulad" klublarında çıxış edib.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ran-millisinin-uzvu-hbs-olundu-t46654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR