Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda öldürülən vəzifəli şəxslə bağlı rəsmi açıqlama

Bakıda öldürülən vəzifəli şəxslə bağlı rəsmi açıqlama

Date: 8 January 2016 22:41

Bakıda taxıl kombinatının direktorunun qətli ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, bu gün paytaxtın Hövsan qəsəbəsində, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Dərhal polis və prokurorluq əməkdaşlarının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Hadisə baş verən evdən fotolar (Fotolar Ruslan Eldaroğluna məxsusdur)

Qətl hadisəsi bu gün baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Suraxanı rayonunun Hövsan qəsəbəsi Bağlar massivi adlanan ərazidə yaşayan qəsəbə sakini 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun qətli tamah məqsədi ilə törədilib.

Qətli törədən şəxs və ya şəxslər evin altını-üstünə gətiriblər. Mərhumun meyitini isə qonşular aşkar ediblər. Hələlik qətlin təfərrüatları bərədə məlumat verilmir. Məlum olan odur ki, öldürülən şəxsə 3 bıçaq zərbəsi endirilib. Qalib Bağırov qətlə yetirildiyi evdə tək yaşayırmış.


Hadisə baş verən evdən fotolar (Fotolar Ruslan Eldaroğluna məxsusdur)


Tags:  taxil kombinatinin direktorunun qetli bakida oldurulen vezifeli sexs

RƏYLƏR


Top news