Gömrük işini gücləndirdi: "donuz qripi" həyəcanı - VİDEO

Gömrük işini gücləndirdi: "donuz qripi" həyəcanı - VİDEO
21:57 8 Yanvar 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə qeydə alınmış "donuz qripi" təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

Xezerxeber.com xəbər verir ki, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Masallıda jurnalistlərə müsahibəsində bildirib.

A.Əliyev qeyd edib ki, istər "donuz qripi", istərsə də "quş qripi"nin əsas əlamətləri yüksək hərarətin olması ilə seçilir. Ona görə də bütün sərhəd-buraxılış keçid məntəqələri termoqurğularla təchiz olunub:

"Sərhəd-buraxılış məntəqələrinə Dövlət Gömrük Komitəsinin tərkibində olan həkim briqadaları da cəlb edilib. Daim Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Yaxın zamanlarda nazirliyin təcrübəli həkimlərinin iştirakı ilə bizim tibb işçilərimiz üçün seminar-treninqlərin keçirilməsi də nəzərdə tutulub".

On min manat və on min dollara yaxın dəyərdə mal gətirənlərin gömrük rüsumundam azad edilməsindən də danışan komitə sədri qeyd edib ki, yeni qaydalar mexanizm müəyyən olunandan sonra tətbiq ediləcək. Komitə sədri bildirib ki, qanuna uyğun olaraq hər bir vətəndaş şəxsi təlabatı üçün 10 kq-a qədər yük gətirə bilər.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR