"Zidan cilalanmış ulduz deyil"

"Zidan cilalanmış ulduz deyil"
21:57 8 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Keçmişin incəsənət xadimi Raymond Domenek, az qala, 2006-cı ildə Fransa millisini növbəti dəfə dünya çempionu edəcəkdi. Amma İtaliya ilə gərgin final görüşü "Scuadra Azurra"nın qələbəsi qədər Zinəddin Zidanın Materazziyə başla vurduğu zərbə ilə də xatırlanır. Bundan sonra futbolçu karyerasını bitirən dahi oyunçu bir neçə gün əvvəl "Real Madrid"ə baş məşqçi təyin olundu. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Domenek keçmiş yetirməsi haqqında "Le Monde" nəşrinin bir neçə sualını cavablandırıb.

- Zidanın "Real"a baş məşqçi təyin olunmasını necə qarşıladınız?
- Tanrı geri döndü. Bu, fantastik bir şey oldu. Telekanallar bunu xəbər vermək üçün verilişlərinə fasilə verdilər. Qəfildən Səudiyyə Ərəbistanı və İran arasındakı münasibətlər də pisləşdi. Problem dünya iqtisadiyyatındadır.
- Zidan hansı xüsusiyyətinə görə təəccübləndirirdi?
- O, yaradıcılıq və istedadın vəhdəti idi. Zidan meydanda başqalarının bacarmadığını edirdi. O, əfsanəvi futbolçudur. Əfsanələr isə insanlarda müsbət olmayan emossiyalar da oyadır. O, cilalanmış ulduz və yaxşı oğlan deyil. Zidandan hər şey gözləmək olar. Bu, tanrını insan edir.
- Onu 2006 mundialında etdiyinə görə bağışlayanları başa düşürsüz?
- Heç kimin onu bağışlaması lazım deyildi. Çünki Zidanı ittiham edən də yox idi. Həmin epizod Zidan əfsanəsinin bir hissəsi idi. Bu hərəkət onu tanrıdan insana çevirdi. Çünki təhqir etdiyinə görə başqasına başla zərbə endirməkdən insani bir şey yoxdur. Azarkeşlər tarixdə yalnız bir dəfə belə hadisə görüblər. Amma təhqirə məruz qalan Turam, Anri, Viera, Maluda və Sanyolun nə hisslər keçirdiyi barədə düşünən olmayıb. Zidan yanlış hərəkət etdi və Dünya kubokuna həsrət qaldı. Baxaq görək, gözəl bir gündə hər hansı futbolçusu onun bütün planları, layihəsi və ideyalarına tüpürsə, Zidan nə cür reaksiya verəcək.
- Zidan toxunulmazdır?
- O, çempion və əsl əfsanədir. "Castilla"da toxunulmaz idi. Amma əsas komandada uğursuz nəticələrə görə mühakimə olunacaq. Bu, mənə Akira Kurosavanın "Kagemusha: Kölgə döyüşçüsü" filmini xatırladır. Nüfuzlu klanlar bir liderin ətrafında toplanır. Müharibə dayanır. Amma bir gün həmin lider taxtdan salınır və ölür. Mourinyo da tanrı idi. Amma onunla nə baş verdi? İdman qəddardır.
- Onun yalnız "Real"ın əvəzedici komandasında məşqçilik təcrübəsi var. Bu tutum əsas komandaya rəhbərlik etmək üçün kifayət edəcəkmi?
- Fikrimcə, onun işi uğurlu olacaq. İndi baş məşqçinin əvəzinə məşqləri hazırlamaq, fiziki hazırlığa nəzarət etmək üçün müəyyən kəslər var.
- "Real" niyə bu məsuliyyətli işi Zidana həvalə etdi?
- Zidan bu klubla titullar qazanıb. Onun "Real"da öz tarixçəsi var. "Kral klubu"nun ona müraciət etməsi məntiqli addımdır. Zidanın Ançelottinin köməkçisi olmasını demək düz deyil. Həmin vaxt ilk dəfə assistenti iddialı görkəm verən kostyumda görmüşdüm. Aydın məsələ idi ki, bu mütəxəsis nə vaxsta "Real"a rəhbərlik edəcəkdi. Eləcə də, Fransa millisinə.
- Zinəddin Zidanı Fransanın baş məşqçisi kimi görürsünüz?
- Onun Didye Deşamı əvəzləməsi qanunauyğun bir şey olar. Deşamın gedəcəyi vaxta qədərsə Zidan "Real Madrid" sınağından çıxmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR