Dünyanın ən sürətli interneti (Foto)

Dünyanın ən sürətli interneti (Foto)
22:46 8 Yanvar 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Çin 5-ci nəsil 5G naqilsiz internet texnologiyası sahəsində araşdırmalara və sınaqlara başlayıb.

Ən sürətli internet - ANS PRESS-in məlumatına görə, sınaqlarına başlanılan yüksək mobil internet sürəti və daha çox məlumat tutumu təmin edəcək 5G texnologiyası 2020-ci ildə istifadəyə veriləcək.

5G araşdırma-inkişaf birliyinin prezidenti Cao Şumin bildirib ki, sınaq və araşdırmalarda əsas məqsəd 5G standartlarının yaradılmasını dəstəkləmək və telokominikasiyanın inkişafını sürətləndirməkdir.

Sınaqların 2018-ci ildə tamamlanacağını və yerli tekominikasiya xidmətləri tərəfindən 5G-nin 2020-ci ildə satışa çıxarılacağı bilidirildi.

Digər tərəfdən o, 4G texnologiyasının ölkədə 2013-cü ildən istifadə edilməyə başladığını qeyd edən prezident 905 milyondan artıq mobil internet istifadəçisindən 380 milyonununun 4G istifadə etdiyini bilidirdi.

Mobil cihazların internet bağlantılarında 3G texnologiyası üzrə saniyədə 28 meqabit , 4G texnologiyası üzrə 100 meqabit qoşulma sürəti təmin edərkən, bu rəqəmin 5G texnologiyası sayəsində min meqabitə çatacağı gözlənilir.

Prezident İlham Əliyevin 7 avqust 2009-cu il tarixli fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 3G mobil rabitə xidmətləri göstərilməsi üçün lisenziya vermək səlahiyyəti verilib. 2009-cu ilin dekabrında “Azerfon-Vodafone” brendi altında Azərbaycanda ilk dəfə 3G xidmətlərinin göstərilməsinə start verilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR