Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Mirzəyev azadlığa çıxmaq istəyir

İlham Mirzəyev azadlığa çıxmaq istəyir

Date: 8 January 2016 22:56

"Space" telekanalında yayımlanan "Etiraf" verilişinin aparıcısı olmuş İlham Mirzəyev həbsdən buraxılması üçün məhkəməyə müraciət edib.

Axşam.az-ın Azadlig.org-a istinadən məlumatına göə, yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə hazırlıq iclası keçirilib. 2014-cü ilin aprelindən həbsdə olan teleaparıcı ona kəsilmiş 3 il 6 aylıq həbs cəzasının bir hissəsini çəkdiyini əsas gətirərək, cəzanın qalan hissəsinin məntəqə tipli müəssisədə çəkilməsi üçün məhkəməyə müraciət edib.

Lakin Xəzər Rayon Məhkəməsi 30 noyabr 2014-cü il tarixli qərarı ilə onun müraciətini təmin etməyib. İlham Mirzəyevin vəkili Telman Abdiyev həmin qərardan apelyasiya şikayəti verib.

İş məhkəmə baxışına verilib və məhkəmə iclası yanvarın 15-nə təyin olunub. İlham Mirzəyev 2014-cü il aprelin 11-də həbs olunub. CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan teleaparıcı Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzası 3 il 6 aya endirib. İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamla razılaşmır və kimsəni aldatmadığını bildirir.

Tags:  İlham Mirzəyev azadlığa çıxmaq istəyir

RƏYLƏR


Top news