Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda İŞİD terroçuları Taliban yaraqlılarının başını kəsib

Əfqanıstanda İŞİD terroçuları Taliban yaraqlılarının başını kəsib

Date: 8 January 2016 23:12

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ-a məxsus pilotsuz təyyarə bu gün Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində İŞİD terror qruplaşmasının 17 üzvünü məhv edib.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, hava zərbəsi İŞİD üzvlərinin həmin ərazidə 7 nəfəri edam etməsi zamanı baş verib.
Vilayət qubernatorunun sözçüsü Ataullah Xoqyani bildirib ki, İŞİD-in başını kəsdiyi şəxslərindən altısı Taliban yaraqlısı olub.
O, əlavə edib ki, edamın həyata keçirilməsi ilə hava hücumu eyni vaxta təsadüf edib və nəticəsə 17 İŞİD döyüşçüsü öldürülüb. Onlar arasında terrorçuların bir neçə mühüm komandiri də olub.

Tags:  Əfqanıstanda İŞİD terroçuları Taliban yaraqlılarının başını kəsib

RƏYLƏR


Top news