Bakı 12 zonaya bölündü - ev satışında fərqli vergi alınacaq - VİDEO

Bakı 12 zonaya bölündü - ev satışında fərqli vergi alınacaq - VİDEO
23:12 8 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın birindən mənzil satışında sadələşdirilmiş vergi tətbiq olunur. Yəni, evini aldığı vaxtdan 5 il müddət ərzində satanlar mənzilin ölçülərinə və zona əmsalına uyğun vergi verməlidir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, artıq Bakı üçün həmin zonaların sərhədləri müəyyənləşib. Həmin əraziləri təqdim edirik.

Bakıda ən yüksək vergi birinci zonaya şamil edilib. Bura Əl Oyunları Stadionundan Azneft meydanına qədər ərazi, İstiqlaliyyət, Nizami, Rixard Zorge və onlara yaxın digər mərkəzi küçələr daxildir. 1-ci zonanın əmsalı 4-dür.

2-ci zonanın sərhədləri Nizami küçəsindən başlayaraq, şimal və qərbə doğru uzanır, metronun "28 May" stansiyası və Dəmir Yolu Vağzalını əhatə edir.

3-cü zonaya Şəhidlər Xiyabanı ətrafından Yasamal rayonunun cənub hissəsi, Nərimanov rayonu- Dərnəgül şosesi istiqamətinə qədər olan ərazilər daxildir. 4-cü zona Yasamal rayonunun şimal hissəsini əhatə edir. 5-ci zonaya Yasamal rayonunun şimal-şərq hissəsi aid edilib. 6-cı zona Yasamal, Nəsimi və Nərimanov rayonlarının kəsişdiyi əraziləri əhatə edir ki, bu da başlanğıcını Tbilisi prospektindən götürərək Koroğlu metrostansiyanına qədər uzanır. Bura Nizami rayonunun cənub istiqaməti, Qara Qarayev prospekti ilə metronun "Xalqlar Dostluğu" stansiyanın ərazisinə qədər olan hissə də aiddir. 7-ci zona metronun "20 yanvar" stansiyanın ətrafından başlayır, Nərimanov, Binəqədi və Nizami rayonlarının kəsişdiyi əraziləri əhatə edir. 8-ci zona Dəniz vağzalı ətrafından Xətai, Nizami rayonları və Sabunçu dairəsindən keçməklə Suraxanı rayonunun sərhədlərinə qədər uzanır.

Verginin məbləği alqı-satqı vaxtı notariusda hesablanıb ödənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR