"Əlvida FİFA, əlvida prezidentlik"

"Əlvida FİFA, əlvida prezidentlik"
23:22 8 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

UEFA prezidenti Mişel Platini fevralda keçiriləcək FİFA prezident seçkilərində iştirak etməyəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 8 il müddətinə futboldan uzaqlaşdırılan futbol funksioneri namizədliyini rəsmən geri götürdüyünü açıqlayıb.

"Mən FİFA prezidentliyi yarışından çəkilirəm. Namizədliyimi geri götürdüm. Seçkilərə getmək, insanlarla görüşmək və başqa namizədlərlə mübarizə aparmaq üçün nə vaxtım, nə də imkanım var. Bu mübarizəyə qoşulmaq şansını mənə vermədilər. Əlvida FİFA, əlvida prezidentlik. Gəlin, gözləyək və nəyin baş verəcəyinə baxaq. Amma ədalətsizlik mənə ağır gəlir və buna qarşı çıxmağa çalışıram. Bu tarixə düşə bilməyəcəm. Çünki pis əməl etmədiyim halda, hər şey başımda çatladı. Bütüm gücümlə nəyin olduğunu öyrənməyə cəhd edirəm. Təxminən 150 assosasiya FİFA-nın problemlərini həll etmək üçün düzgün namizəd olduğumu düşünürdü. Bu baş tutmadı. Amma futbol fəaliyyətində yaş məhdudiyyəti yoxdur. Buna görə, bəlkə, 20 ildən sonra yenə qayıtdım. Nə bilmək olar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR