Rayonlarda yaşayanlara xoş xəbər: turistləri hamı qəbul edəcək - VİDEO

Rayonlarda yaşayanlara xoş xəbər: turistləri hamı qəbul edəcək - VİDEO
23:32 8 Yanvar 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Rayonlarda yaşayanlar öz evlərini turizm obyekti kimi istifadə edə bilər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bunun üçün həmin evlər standartlaşdırma, meterologiya və patent üzrə dövlət komitəsinin müəyyən etdiyi bir sıra tələblərə cavab verməlidir.

Artıq şəxsi evlərdən də turizm məqsədilə istifadə edilə biləcək. Bu da turizm rayonlarının sakinləri üçün yeni gəlir mənbəyi deməkdir. Yenilik mehmanaxana tipli obyektlərin siyahısına edilən əlavələrlə həyata keçiriləcək.

Artıq rayon sakinləri öz evlərini turizm obyekti kimi istifadəyə verə biləcəklər. Hətta bura kənd evləri ilə yanaşı, ferma evləri, çadırlar da daxildir. Ancaq bunun üçün həmin obyektlər bir sıra standartlara cavab vermələdir. Ancaq evini turizm obyekti kimi istifədəyə verən şəxs sahibkar kimi qeydiyyatdan keçməlidir

Ancaq siyahıya salınan yeni turizm obyektləri ulduz kateqoriyalarına daxil edilməyəcək. Yeniliyin yaşıl turizmin inkişafına təkan verəcəyi gözlənilir. Qiymətlər tələbata uyğun olaraq xidməti göstərənlər müəyyən edəcəklər. Monitorinqlər zamanı turizm obyekti kimi istiafədəyə verilən ev standarta uyğun gəlməsə, sahibinin bu xidmətdən yararlanmasına qadağan qoyulacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR