Təkərdəki yanlış təzyiq əlavə xərcə salır - VİDEO

Təkərdəki yanlış təzyiq əlavə xərcə salır - VİDEO
23:37 8 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Avtomobillərin təkərlərinə vurulan hava və ya azotun təzyiqi normadan az və ya çox olduqda, bu sürücüləri əlavə xərcə salmaqla yanaşı, qəza riskini artırır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bir çox sürücü isə avtomobilinin təkərinə hansı təzyiqdə hava vurmalı olduğundan xəbərsizdir.

Əksər sürücü avtomobilinin təkərinin havasının hansı ölçüdə olmalı olduğunu bilmir. Mütəxəssislər isə sürücülərin bunu rahatlıqla öyrənə biləcəklərini deyirlər.

Əksər vulkanizasiya məntəqələrində təkərdəki havanın təzyiqini ölçən manometrlər düzgün işləmədiyindən sürücülər buna nəzarət edə bilmirlər. Mütəxəssislər bunun üçün peşəkarlara müraciət edilməsini vacib sayırlar. Bu ölçünün düzgün olmaması isə əlavə xərcə səbəb ola bilər.

Avtomobilin təkəri hava ilə doldurulubsa, ən azı həftədə bir, azot ilə doldurulubsa ayda 1 dəfə yoxlanılmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR