Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qvardiola bizə nağıl danışmasın"

"Qvardiola bizə nağıl danışmasın"

Date: 8 January 2016 23:47

Almaniya millisində oyun sayına görə rekordu əlində saxlayan Lotar Matteus "Bavariya"nın baş məşqçisi Xosep Qvardiolanı tənqid edib. Goal.az "Bild"ə istinadən xəbər verir ki, Matteus katalon mütəxəsisi qeyri-səmimilikdə ittiham edib.

"Mən mətləbdən yayınmaq istəmirəm. Qvardiola və onun yetirmələri arasında heç vaxt isti münasibət olmayıb. Onun sözləri, oyunçuların kürəyinə vurması və qucaqlaması qalereya üçün idi. Qoy bizə nağıl danışmasın. "Manchester City"nin heyətini planlaşdırmaq diqqəti tamamilə "Bavariya"ya yönəltməkdən daha vacibdir".
Qeyd edək ki, Almaniya mətbuatı Qvardiolanın yayda "Manchester City"nin sükanı arxasına keçəcəyinə tam əminliyini ifadə edir.

Milli.Az


Tags:  Qvardiola bizə nağıl danışmasın

RƏYLƏR


Top news