Bakı. Trend:
Bakı Metropoliteninin “28 May” stansiyası istiqamətində hərəkət edən qatarda tüstülənmə baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, depoya gedən qatarda "Cəfər Cabbarlı" stansiyadan “28 May” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist kabinəsində naqildə tüstüləmə olub.
Hadisə saat 21:25 baş verib, tam nəzarətə götürülüb. Sərnişinlərin hamısı qatardan düşürülüb və qatar depoya gedib.
Bizi Twitter-dən izləyin: @trend_az